Özbəkistan aviauçuşlar ləğv edildi, dəmiryolu sərnişindaşımaları yenidən dayandı  - Koronavirusa görə  

11:21 13.07.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda pandemiyanın qarşısının alınması üzrə komissiya ölkədə avia və dəmiryolu vasitəsilə sərnişin daşımalarını yenidən dayandırmaq barədə qərar qəbul edib. Səbəb isə, son zamanlar COVİD-19-a yoluxanların sayında artımın müşahidə edilməsidir.

Hafta.az xəbər verir ki, ölkənin nəqliyyat naziri Navruz Aşirmatov jurnalistlərə açıqlamasında aviauçuşların yalnız Özbəkistan vətəndaşlarını xaricdən gətirmək üçün fəaliyyət göstərəcəyini deyib.

Bundan əvvəl isə, xüsusi komissiya qarşıdakı iki həftə ərzində istiharət günlərində avtomobillərdən istifadəni qadağan etmişdi. Qeyd edək ki, 6 apreldən ölkədə xüsusi rejim tətbiq edilir. İlk öncə karantin müddəti 15 iyun, sonra isə 1 avqust tarixinə qədər uzadılıb. Özbəkistanın bütün ərazisində toy və yas mərasimlərinin, ailəvi tədbirlərin və digər mərasimlərin keçirilməsi qadağan edilib. Yaşı 65-dən yuxarı olan insanların ictimai yerlərdə görünməsi də qadağandır.